Rəqəmsal Marketinq və SEO
Biznesinizi böyütmək üçün rəqəmsal marketinq həlləri.
Gözəl sayt tək başına müştəri gətirmir — onu tapmaq lazımdır. Rəqəmsal marketinq saytınızı Google-da görünən, sosial şəbəkələrdə tanınan və nəticəsi ölçülə bilən kanala çevirir.
Texniki SEO və açar söz araşdırmasından tutmuş Google Analytics quraşdırılması və sosial media kampaniyalarına qədər hər addımı rəqəmlərlə izləyirik. Təxminlə deyil, real hesabatlarla işləyirik — hansı kanalın nə qazandırdığını dəqiq görürsünüz.
- Texniki SEO və açar söz araşdırması
- Google Analytics (GA4) və konversiya izləmə
- Facebook və Instagram reklam kampaniyaları
- Məzmun planı və sosial media idarəçiliyi
- Aylıq hesabatlar
- Rəqib təhlili
Bu istiqamətdə xidmətlərimiz
SEO — Axtarış motorları üçün optimizasiya
Google-da yüksək sıralamalar üçün texniki və məzmun optimizasiyası.
- Texniki SEO auditi
- Açar söz araşdırması (AZ, EN, RU)
- Səhifədaxili və məzmun optimizasiyası
- Yerli SEO və Google Biznes Profili
- Aylıq mövqe və trafik hesabatı
Google Analytics
İşindən mənalı statistika əldə etmək üçün analitik quruluşu.
- GA4 quruluşu
- Məqsəd izləmə
- Hesabatlar
Lokalizasiya — çoxdilli sayt və tətbiq
Saytınızı və tətbiqinizi yeni bazarların dilində danışdırın.
- AZ, EN, TR, RU
- hreflang və çoxdilli SEO
- Tətbiq və mağaza məzmunu
Sosial Marketing (Facebook, Instagram və s.)
Sosial şəbəkələrdə effektiv reklam kampaniyaları və community management.
- Reklam kampaniyaları
- Məzmun planı
- Davamlı analiz
Tez-tez verilən suallar
Rəqəmsal marketinq xidməti nəyi əhatə edir?
Üç əsas istiqamət: axtarış (SEO — saytın Google-da təbii nəticələrdə irəli çıxarılması), analitika (GA4 quraşdırılması, məqsəd və konversiya izləmə) və sosial media (Facebook, Instagram üzrə məzmun və reklam kampaniyaları). Bizneslərin çoxu birindən başlayır — hansının sizə daha tez nəticə verəcəyini ilkin söhbətdə müəyyənləşdiririk.
Aylıq büdcə nə qədər olmalıdır?
İki ayrı rəqəm var: xidmət haqqı və reklam büdcəsi. Reklam büdcəsi birbaşa Google və ya Meta-ya ödənilir, biz ona komissiya əlavə etmirik. Sahənizi və hədəfinizi bildirin — hər iki rəqəm üzrə real gözlənti ilə təklif veririk.
Nəticəni necə ölçürsünüz?
Google Search Console və Google Analytics rəqəmləri ilə: göstərilmə və klik sayı, hədəf sorğular üzrə mövqe, sayta daxil olan ziyarətçilər, doldurulan formalar və zənglər. Aylıq hesabatda həmin ay görülən işlər və növbəti ay üçün plan da olur.
SEO ilə reklamı eyni vaxtda aparmaq lazımdır?
Çox vaxt bəli. Reklam ilk gündən müştəri gətirir, SEO isə 3-6 aya nəticə verməyə başlayır, amma sonradan büdcədən asılı olmayan davamlı trafik qurur. Kombinasiya həm qısa, həm uzunmüddətli tələbi qarşılayır.
Sosial media hesablarımı siz idarə edəcəksiniz?
Bəli, istəsəniz. Məzmun planı, dizayn, mətn və dərc qrafiki bizim tərəfimizdən hazırlanır; şərh və mesajlara cavab isə razılaşmadan asılı olaraq ya bizdə, ya sizin komandanızda qalır.