Skip to content
Elit Solutions

Qrafik Dizayn və Brendinq

Markanızı fərqləndirən güclü vizual kimlik.

Marka insanların sizin haqqınızda düşündüyüdür — vizual kimlik isə həmin fikri formalaşdıran ilk təəssüratdır. Zəif loqotip və dağınıq dizayn ən yaxşı məhsulu belə ucuz göstərə bilər.

Biz strategiyadan başlayırıq: sektorunuzu, rəqiblərinizi və hədəf auditoriyanızı öyrənirik, sonra loqotip, rəng palitrası, tipografika və brend kitabını hazırlayırıq. Nəticə — saytda, çapda və sosial mediada eyni dərəcədə güclü görünən vahid kimlik.

  • Unikal loqotip — vektor formatda
  • Rəng palitrası və tipografika sistemi
  • Brend kitabı (brand book)
  • Çap və rəqəmsal üçün bütün formatlar
  • Sosial media şablonları
  • Vizit kartı və korporativ blank

Tez-tez verilən suallar

Qrafik dizayn xidmətinin qiyməti nə qədərdir?

Qiymət işin həcmindən asılıdır. Tək loqotip, loqotip və əsas rənglərdən ibarət kiçik paket, yaxud brend kitabı ilə birlikdə tam vizual kimlik — bunlar fərqli işlərdir. Nəyə ehtiyacınız olduğunu qısaca yazın, 1 iş günü ərzində konkret təklif göndəririk.

Hansı fayl formatlarında təhvil verirsiniz?

Bütün vektor mənbə faylları (AI, EPS, SVG, PDF) və rəqəmsal istifadə üçün şəffaf fonlu PNG-lər. Bundan başqa üfüqi və şaquli variantlar, yalnız işarə, ağ-qara və tək rəngli versiyalar, açıq və tünd fon üçün variantlar, sosial media profil ölçüləri və favicon daxildir.

Brend kitabı nədir və mənə lazımdırmı?

Brend kitabı loqotipin necə istifadə olunacağını, rəng kodlarını, şrift sistemini və qadağan olunmuş istifadə hallarını göstərən sənəddir. Bir neçə nəfər və ya kənar podratçı sizin materiallarınızı hazırlayacaqsa lazımdır — hamı eyni qaydaya baxdıqda kimlik dağılmır.

Mövcud loqotipimi yeniləyə bilərsiniz?

Bəli. Tanınmış markalar üçün çox vaxt tam dəyişiklik yox, yenilənmə daha düzgün seçimdir — forma sadələşdirilir, rənglər və tipografika müasirləşdirilir, amma müştərinin tanıdığı əsas obraz saxlanılır. Mövcud loqotipinizi göndərin, nəyin dəyişməli olduğunu deyək.

Çap materiallarını da hazırlayırsınız?

Bəli — vizit kartı, korporativ blank, kataloq, broşür, banner və qablaşdırma. Fayllar çap tələblərinə uyğun (CMYK, kəsim payı ilə) hazırlanır, birbaşa mətbəəyə göndərilə bilər.

Qrafik Dizayn layihəniz var?

Pulsuz məsləhət və qiymət təklifi üçün bizimlə əlaqə saxlayın.

Təklif Al