Mobil Tətbiqlər
Viplife — Mobil Tətbiq
Eyni mağaza telefonda — tətbiq saytla eyni kataloq, qiymət və qalıqla işləyir, ona görə də heç nə bir-birindən fərqlənmir.
Müştəri: Viplifeİl: 2023
Layihə haqqında
Viplife.az saytı işə düşdükdən sonra müştəri eyni mağazanı telefonda da istədi. Sayt artıq ortaq bir təməl üzərində işlədiyi üçün tətbiq sıfırdan sistem qurmaq deyil, mövcud sistemin üzərinə mobil interfeys əlavə etmək məsələsinə çevrildi.
Tətbiq
Bir tətbiq hazırladıq və onu həm App Store-da, həm də Google Play-də yayımladıq. Tətbiq saytla eyni təməl üzərində işləyir — yəni:
- Məhsul kataloqu, qiymətlər və anbar qalığı saytla eynidir
- Giriş saytdakı kimi telefon nömrəsinə gələn kodla, ödəniş isə eyni iki ödəniş sistemi üzərindən gedir
- Sifariş mağazaların işlətdiyi sistemə düşür
- Yeni məhsul əlavə etmək üçün tətbiqin yenilənməsi tələb olunmur
Nəticə
Müştəri bir sistem, bir məlumat mənbəyi və üç satış kanalı — mağaza, sayt və mobil tətbiq — ilə işləyir. Hər kanal üçün ayrıca sistem saxlamağa ehtiyac yoxdur.
Ekran görüntüləri
Təhvil verdiyimiz işin real ekran görüntüləri.





